Noy 19, 2019 08:53 Asia/Baku
  • Gürcüstanda anti-hökumət aksiyaları səngimir
    Gürcüstanda anti-hökumət aksiyaları səngimir

Tbilisidə anti-hökumət aksiyaları Gürcüstanın polis qüvvələrinin müdaxiləsilə zorakılığa çevrilib.

Gürcüstanın polis qüvvələri dünən axşam etirazçılara hücum edərək, onların bir qrupunu yaralayıblar.

Gürcüstanın polis qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

Gürcüstan xalqından minlərlə nəfər bir daha bu ölkə parlamenti önündə aksiya keçirərək, hökumətin istefaya getməsi, növbədənkənar seçkilərin keçirilməsi və bu ölkənin seçki sisteminin islah edilməsini istəyibdir.

Etirazçılar parlament binasına bütün giriş yollarını bağlayaraq, deputatların binaya daxil olmalarını əngəlləyiblər.

Son bir neçə gündə Tbilisi daxil olmaqla Gürcüstanın müxtəlif şəhərləri anti-hökumət aksiyalarının şahididir.

Müxaliflər bu qənaətdədirlər ki, ötən illərin parlament seçkiləri hakim "Gürcü Arzusu" partiyasına parlamentdə yerlərin əksər hissəsini özünə aid etmək imkanı verdi.

 

Teqlər