Gürcüstanda bəzi məhdudiyyətlər götürülür
May 27, 2020 11:29 Asia/Baku
Gürcüstanda iyunun 1-dən etibarən yalnız açıq məkanlarda olan restoranların fəaliyyəti bərpa olunacaq.
SəhərAzəri “Report”-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.
O qeyd edib ki, həmin tarixdən etibarən iri ticarət mərkəzləri də açılacaq.
Baş nazir iyunun 8-dən başlayaraq şəhərlərarası nəqliyyatın da hərəkətinə icazə veriləcəyini qeyd edib.