Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edilib
Ermənistanda Silahı Qüvvələrinin Baş Qərargahınıa təyin edilmiş yeni rəisiin adı bəlli olub.
SaharAzeri Armenpress-ə istinadla xəbər verir, Ermənistanın müdafiə naziri David Tonoyan general-leyetnant Onik Qaspariyanı Baş Qərargahın yeni rəisi kimi təqdim edib.
Qaspariyanın təqdimatı mərasimində onun hərbi bioqrafiyasından danışan müdafiə naziri bildirib ki, o peşəkar bir hərbçi olaraq zəngin təcrübəsi ilə silahlı qüvvələrin yüksək səviyyəyə çatdırılmasına çalışacaqdır.
Xatırladaq ki, iyunun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan birdən-birə üç güc strukturunun rəhbərini - Ermənistanın baş polisini, Silahlı Qüvvələrin Baş Qərargah rəisini və Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbərini işdən azad edib. Bildirilir ki, Paşinyanın bu qərarı sözü gedən postlara daha etibarlı şəxsləri gətirmək istəyi ilə əlaqədə olub.
Hakimiyyətin iddiasına görə, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyanın pandemiya dövründə oğluna toy etməsinə xatir işdən çıxarılıb. Amma erməni mediası yazır ki, məsələnin kökü daha dərindədir və söhbət Paşinyanın devrilməsindən gedir. Artak Davtyanın istefasının kökündə məhz bu amilin əsas yer tutduğu vurğulanır.
Bəzi iddialara görə isə, Paşinyan əsasən Rusiyaya loyal yanaşanları hakimiyyətdən uzaqlaşdırır. Bu səbəbdən də buna Moskvanın reaksiyası kəskin olacaq.
Belə olan halda baş nazirin kadr dəyişikliyi adı altında rusofil siyasi-hərbi fiqurların ovuna çıxması ölkədə birmənalı qarşılanmır. Bu xüsusda Ermənistanın xaosa sürüklənə biləcəyindən ehtiyatlanan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərlərindən olan Artur Vanetsyan ölkədə güc strukturları rəhbərlərinin istefaları barədə açıqlama verib və baş nazir Nikol Paşinyanı dayanmağa, ətrafında olanları tamamilə məhv etməməyə çağırıb. O öz tvitter hesabında yazıb: "Ətrafdakı hər şeyi məhv edib, qəzəbini başqalarına tökmək məhvə aparan yoldur. Dayan, Nikol!”