Ermənistanda daha 593 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/qafqaz-i364008-ermənistanda_daha_593_nəfər_koronavirusa_yoluxub
Ermənistanda son sutkada 593 nəfərdə koronavirus aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 08:05 Asia/Baku
  • Ermənistanda daha 593 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 593 nəfərdə koronavirus aşkarlanıb.

SaharAzeri Report-a istinadla xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 26 658-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 459-a çatıb. İndiyədək 15 036 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 11 010 aktiv koronavirus xəstəsi var.