Gürcüstanda koronavirusa yoluxanların sayı 943 nəfərə çatıb
İyul 03, 2020 11:50 Asia/Baku
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.
SaharAzeri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 943 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 3 080 nəfər karantində saxlanılır, 242 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Virusa yoluxanlardan 821 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.