Gürcüstanda koronavirusa yoluxanların sayı 943 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i364063-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_943_nəfərə_çatıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2020 07:20 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 943 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.

SaharAzeri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 943 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 3 080 nəfər karantində saxlanılır, 242 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Virusa yoluxanlardan 821 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.