Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopter cəlb olunub
https://azeri.sahartv.ir/news/qafqaz-i364217-gürcüstanda_meşə_yanğınlarının_söndürülməsinə_helikopter_cəlb_olunub
Gürcüstanın Svaneti bölgəsində meşə yanğınları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 10:09 Asia/Baku
  • Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopter cəlb olunub

Gürcüstanın Svaneti bölgəsində meşə yanğınları davam edir.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, dağ yamaclarında başlayan yanğın artıq 3 min kvadratmetrə yaxın ərazini əhatə edir. İki gündür davam edən yanğının söndürülməsinə helikopter cəlb olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, iyulun 6-da hadisə yerinə 20 yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub. Əlverişsiz əraziyə texnikanın qaldırılması mümkün olmayıb.

Hazırda yüksək dağ yamaclarında yanğının söndürülməsi işləri davam edir.