Ermənistanda son sutkada 557 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/qafqaz-i364393-ermənistanda_son_sutkada_557_nəfər_koronavirusa_yoluxub
Ermənistanda koronavirusa yoluxanların sayı 30 903 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2020 06:31 Asia/Baku
  • Ermənistanda son sutkada 557 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 30 903 nəfərə çatıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, son sutka ərzində 557 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 546 nəfər koronavirusdan ölüb, 11 648 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.