Gürcüstanda koronavirusa yoluxanların sayı minə çatır
https://azeri.sahartv.ir/news/qafqaz-i364586-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_minə_çatır
Gürcüstanda koronavirusa 4 yeni yoluxma faktı təsdiqlənib, daha 13 pasiyent sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2020 05:31 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı minə çatır

Gürcüstanda koronavirusa 4 yeni yoluxma faktı təsdiqlənib, daha 13 pasiyent sağalıb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, Gürcüstanda indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 999-a, sağalanların sayı isə 870-ə çatıb. Xəstəliyə tutulanların 15-i vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 001, stasionar nəzarətdə olanların sayı isə 219 nəfər təşkil edir.