Gürcüstanda koronavirusa yoluxanların sayı 1010 nəfərə çatıb
İyul 17, 2020 10:17 Asia/Baku
Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 4 yoluxma halı qeydə alınıb.
SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1010 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5640 nəfər karantində saxlanılır, 244 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 885 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.