Ermənistanda koronavirusa yoluxanların sayı 34 mini ötdü
https://azeri.sahartv.ir/news/qafqaz-i364737-ermənistanda_koronavirusa_yoluxanların_sayı_34_mini_ötdü
Ermənistanda daha 442 nəfərdə koronavirus aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2020 06:29 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 34 mini ötdü

Ermənistanda daha 442 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, məlumatı Ermənistanin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 34 001-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 620-yə çatıb. İndiyədək 22 492 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 692 aktiv koronavirus xəstəsi var.