Gürcüstanda koronavirusa yoluxanların sayı 1 018 nəfərə çatıb
İyul 18, 2020 11:34 Asia/Baku
Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb.
SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 018 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 627 nəfər karantində saxlanılır, 228 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 895 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.