Gürcüstanda koronavirusa yoluxanların sayı 1 018 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i364788-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_1_018_nəfərə_çatıb
Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2020 07:04 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 018 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 018 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 627 nəfər karantində saxlanılır, 228 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 895 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.