Gürcüstanda koronavirusa yoluxanların sayı 1028 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i364825-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_1028_nəfərə_çatıb
Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 10 yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2020 06:01 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1028 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 10 yoluxma halı qeydə alınıb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1028 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5627 nəfər karantində saxlanılır, 228 nəfər isə stasionar şəraitdə müalicə olunur.

 

Yoluxanlardan 890 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.