Ermənistanda koronavirusa yoluxanların sayı 35 minə çatır, 650 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qafqaz-i364881-ermənistanda_koronavirusa_yoluxanların_sayı_35_minə_çatır_650_nəfər_ölüb
Ermənistanda daha 104 nəfərdə koronavirus aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2020 06:53 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 35 minə çatır, 650 nəfər ölüb

Ermənistanda daha 104 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 34 981-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 650-yə çatıb. İndiyədək 23 502 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 620 aktiv koronavirus xəstəsi var.