İyul 23, 2020 11:06 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 085 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 12 yoluxma halı qeydə alınıb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 085 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 5 724 nəfər karantində saxlanılır, 247 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Virusa yoluxanlardan 907 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.

 

Teqlər