Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i365106-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_1_117_nəfərə_çatıb
Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 13 yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2020 06:24 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 13 yoluxma halı qeydə alınıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5 936 nəfər karantində saxlanılır, 268 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 917 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.