Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb
İyul 25, 2020 10:54 Asia/Baku
Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 13 yoluxma halı qeydə alınıb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 117 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 936 nəfər karantində saxlanılır, 268 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 917 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.