İyul 31, 2020 10:01 Asia/Baku
  • Gürcüstan müsəlmanları Qurban bayramını qeyd edirlər

Gürcüstanda yaşayan müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edirlər.

SəhərAzəri Report-a istinadla xəbər verir, Tbilisi cümə məscidində bayram namazı qılınıb.

Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov namazda iştirak edib. O, bayram münasibətilə müsəlmanları təbrik edib, onların ibadət və qurbanlarının qəbul olunmasını diləyib.

Bayram namazları azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində yerləşən məscidlərdə də qılınıb.

Acarıstanda da Qurban bayramı qeyd olunur. Batumi məscidində bayram namazı qılınıb. Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və qərbi Gürcüstan üzrə müfti Adam Şantadze müsəlmanları bayram münasibətilə təbrik ediblər.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi də ölkənin müsəlman icmasına bayram təbriki ünvanlayıb. 

Teqlər

Şərhlər