Gürcüstanın turizm gəlirləri 80% azalacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i365548-gürcüstanın_turizm_gəlirləri_80_azalacaq
Gürcüstanın turizmdən builki gəlirləri illik müqayisədə 80% azalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2020 09:32 Asia/Baku
  • Gürcüstanın turizm gəlirləri 80% azalacaq

Gürcüstanın turizmdən builki gəlirləri illik müqayisədə 80% azalacaq.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bunu ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze deyib.

Onun sözlərinə görə, bu göstərici turizm gəlirlərinin ilin qalan hissəsi üçün minimal olacağı ehtimalı ilə proqnoz edilir.

K.Qvenetadze bildirib ki, mövcud pandemiya böhranının əsas xüsusiyyəti qeyri-müəyyənliyin yüksək səviyyədə olmasıdır ki, bu da əsasən turist axınlarına aiddir.