Ermənistanın İsraildəki səfiri işğalçı rejimlə əlaqələrdən danışıb
Ermənistanın İsrail adlanan qondarma rejimdəki səfiri İrəvan-Təl-Əviv arasında əməkdaşlığın yüksələn xəttlə inkişaf etdiyini bəyan edib.
SəhərAzəri xəbər verir, Armen-Press Xəbər Agentliyinin məlumatına əsasən, səfir Armen Smbatyan İsrailin "Qlobus" həftəlik qəzeti ilə müsahibədə deyib ki, erməni və yəhudi xalqları həmişə bir-birinə dayaq olub. Ermənistan xalqı heç zaman İsraildən aldığı dəstəyi unutmayacaq.
Onun sözlərinə görə, İsrailin ötən 7 dekadada keçdiyi uğurlu inkişaf yolu Ermənistan Respublikası üçün əhəmiyyətli hadisə və nümunədir. Yəhudi və erməni xalqları 2 min ildən artıq qarşəlıqlı hörmət əsasında ünsiyyətdə olublar. Və bunları bir-birinə bağlayan çoxlu amillər var. Erməni-yəhudi icmaları bu gün də çiyin-çiyinə irəliyə doğru addımlayırlar.
Ermənistanın Təl-Əvivdəki səfiri hazırda ikitərəfli əlaqələrin inkişaf dinamikasından razılıq ifadə edərək bunları deyib: Siyasi əlaqələri inkişaf etdirməklə yanaşı müxtəlif sərgilər və konfransların keçirilməsi, konsert proqramları da təşkil olunacaq.
Qeyd edək ki, Ermənistanla İsrail arasında 1992-cim ildə diplomatik əlaqələr qurulub və 2019-cu ilin sentyabr ayı Ermənistanın İsraildə səfirlik açmaq niyyəti elan edilib. Cari ilin fevral ayında isə Armen Smbatyan İsrailə səfir təyin edilib.
İran sərhədlərinə yaxın bölgədə sionistlərin xərçəngvari nüfuzuna zəmin yaratdığına xatir Ermənistanın bu hərəkəti rəsmi Tehran tərəfindən etirazla qaşılanıb. Çünki mövcud təcrübələrə əsasən bu kimi qərarlar bölgənin təhlükəsizliyinə xidmət etmir.
Məsələnin ən ilginc tərəfi isə ondan ibarətdir ki, sionist rejim Ermənistana səfirliyin açılması haqda təlimat verməklə Azərbaycan Respublikasını da oxşar addımı atmağa təşviq etmək istəyir. Halbuki işğala məruz qalmış Azərbaycanın işğalçı israildə səfirlik açması onun milli maraqlarını təhlükə altında qoya və müsəlman xalqın narazılığı ilə üzləşə bilər. Belə bir addım eyni zamanda İranın narahatlığına səbəb olacaqdır. Çünki region ölkələrinin sionist İsrail ilə əlaqələri birbaşa İsrailin maraqlarına xidmət edir və bu rejimə mənsub olan mətbu orqanları İsrailin Cənubi Qafqaz ölkələrindən İrana qarşı kəşfiyyat və casusluq əməliyyatları üçün istifadə etdiklərini gizlətmirlər.