"Gürcü Arzusu" baş nazirliyə namizədini açıqladı
https://azeri.sahartv.ir/news/qafqaz-i367110-gürcü_arzusu_baş_nazirliyə_namizədini_açıqladı
Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlament seçkiləri öncəsi baş nazir və parlament sədri vəzifələrinə namizədlərini açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 10, 2020 18:38 Asia/Baku

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlament seçkiləri öncəsi baş nazir və parlament sədri vəzifələrinə namizədlərini açıqlayıb.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, hökumət başçısı postuna hazırkı baş nazir Giorgi Qaxariya, spiker vəzifəsinə isə hazırkı spiker Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.

“Gürcü Arzusu”nun seçki siyahısının ilk 20-liyində partiyanın aparıcı şəxsləri də yer alıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.