Gürcüstanda daha 265 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/qafqaz-i367663-gürcüstanda_daha_265_nəfər_koronavirusa_yoluxub
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 265 yoluxma halı qeydə alınıb. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2020 09:09 Asia/Baku
  • Gürcüstanda daha 265 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 265 yoluxma halı qeydə alınıb. 

Səhər Azəri xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 4 664 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 759 nəfərin sağaldığı, 26 nəfərin isə vəfat etdiyi bildirilir.