​​Ermənistanın “Su-25” təyyarələri dağa dəyib partladı
https://azeri.sahartv.ir/news/qafqaz-i367854-ermənistanın_su_25_təyyarələri_dağa_dəyib_partladı
Azərbaycan Respublikasına aid media bildirib; "Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulması xəbəri yalandır."
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2020 17:08 Asia/Baku
  • ​​Ermənistanın “Su-25” təyyarələri dağa dəyib partladı

Azərbaycan Respublikasına aid media bildirib; "Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulması xəbəri yalandır."

SəhərAzəri - Azərbaycan Respublikası mənbələri bildirib: “Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır”. 
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistanın ərazisində iki “Su-25” tipli təyyarə havaya qalxıb. Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub.