Ermənistanın “Su-25” təyyarələri dağa dəyib partladı
Azərbaycan Respublikasına aid media bildirib; "Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulması xəbəri yalandır."
SəhərAzəri - Azərbaycan Respublikası mənbələri bildirib: “Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır”.
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistanın ərazisində iki “Su-25” tipli təyyarə havaya qalxıb. Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub.