Okt 01, 2020 08:55 Asia/Baku
  • Avropa Şurasının başçısı Bakı və İrəvanı atəşi dayandırmağa çağırıb

Avropa Şurasının sədri Şarl Mişel Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon söhbətlərində hər iki tərəfi dərhal atəşi dayandırmağa çağırıb. Bu barədə sentyabrın otuzunda Twitter-in siyasət bölməsində məlumat verilib.

SəhərAzəri xəbər verir, Şarl Mişel Dağlıq Qarabağda vəziyyətin iri miqyasda genişlənməsindən qayğılandığını bildirib. Gücdən istifadə edilməsini pisləyib və atəşin dərhal dayandırılmasına çağırış edib. «Danışıqlar- vəziyyətdən yeganə çıxış yoludur»- Avropa Şurasının sədri bildirib.

Avropa Şurasının başçısı həmçinin qeyd edib ki, mülki əhali müdafiə olunmalıdır.

Digər tərəfdən, sentyabrın 29-da məlum olubdur ki, Fransa hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyətdən çıxış yolu tapmaq üçün ATƏT-in Minsk qrupundan istifadə etməyi planlaşdırır.

Teqlər