Okt 08, 2020 09:02 Asia/Baku
  • Cenevrə və Moskvada Qarabağ iclasları keçiriləcək

Fransanın xarici işlər naziri Dağlıq Qarabağ bölgəsindəki hərbi toqquşmalara son qoymaq üzrə səylər istiqamətində Cenevrə və Moskvada iki iclasın keçiriləcəyini bildirib.

SəhərAzəri xəbər verir, Jan İv Le-Drian dünən Fransa parlamentinin xarici işlər komitəsindəki çıxışında deyib: Müzakirənin bir mərhələsi oktyabrın səkkizində Cenevrədə, digər etapı isə oktyabrın 12-də Moskvada keçiriləcəkdir ki, Azərbaycan Respublikası və Ermənistan atəşkəs məqsədilə bir müzakirənin keçirilməsinə qane edilmiş olsunlar.

Fransanın xarici işlər naziri sonra deyib: Fransa, Rusiya və Amerika bu müzakirələri keçirəcəklər. Müzakirələr heç bir qeyd-şərt olmadan keçirilməlidir.

Qeyd olunan üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi bundan öncə Dağlıq Qarabağ bölgəsində Azərbaycan Respublikası ilə Ermənistan arasında döyüşlərin dayandırılmasını istəmişdilər.

Teqlər