Moskvada Azərbaycan Respublikası və Ermənistan XİN rəhbərlərinin Qarabağ danışıqları başladı
https://azeri.sahartv.ir/news/qafqaz-i368165-moskvada_azərbaycan_respublikası_və_ermənistan_xİn_rəhbərlərinin_qarabağ_danışıqları_başladı
Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2020 15:36 Asia/Baku
  • Moskvada Azərbaycan Respublikası və Ermənistan XİN rəhbərlərinin Qarabağ danışıqları başladı

Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir.

SəhərAzəri xəbər verir, Bu barədə “RİA Novosti” məlumat yayıb.

Görüşdə həmçinin nümayəndə heyətləri də iştirak edirlər.

Görüşün mətbuata açıq hissəsi bir neçə saniyə çəkib. Hazırda Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında gedən danışıqlar qapalı formatda davam edir.