Bakı və Yerevan Qarabağda atəşkəsə riayətə təkid ediblər
https://azeri.sahartv.ir/news/qafqaz-i368237-bakı_və_yerevan_qarabağda_atəşkəsə_riayətə_təkid_ediblər
Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri Rusiya xarici işlər nazirinin onlarla telefon əlaqəsində Qarabağda atəşkəsə riayətə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2020 05:43 Asia/Baku
  • Bakı və Yerevan Qarabağda atəşkəsə riayətə təkid ediblər

Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri Rusiya xarici işlər nazirinin onlarla telefon əlaqəsində Qarabağda atəşkəsə riayətə təkid ediblər.

SəhərAzəri xəbər verir, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən axşamçağı Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla telefonla söhbət edib. Tərərlər bu danışıqlarda bir daha döyüşlərin getdiyi Qarabağ bölgəsində atəşkəs razılaşması qarşısındakı öhdəliklərinə təkid ediblər.

Rusiya, Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri doqquz oktyabr müzakirələrində Qarabağ bölgəsində atəşkəsin bərqərarı və bir müştərək sənəd barədə razlığa gəliblər.

Şənbə günü səhər tezdən Moskvada başa çatan bu uzun müzakirələr boyu Bakı və Yerevan həmin gün, oktyabrın onunda saat on iki-sıfır-sıfırdan Qarabağda atəşkəs barədə razlığa gəliblər.