AB Qarabağda atəşkəs razılaşmasına tam əməl etməyə çağırıb
https://azeri.sahartv.ir/news/qafqaz-i368293-ab_qarabağda_atəşkəs_razılaşmasına_tam_əməl_etməyə_çağırıb
Avropa Birliyi Qarabağ münaqişəsi tərəflərini atəşkəs razılaşmasını tam şəkildə yerinə yetirməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2020 16:24 Asia/Baku
  • AB Qarabağda atəşkəs razılaşmasına tam əməl etməyə çağırıb

Avropa Birliyi Qarabağ münaqişəsi tərəflərini atəşkəs razılaşmasını tam şəkildə yerinə yetirməyə çağırıb.

SəhərAzəri xəbər verir, Avropa Birliyi bir bəyanat yayaraq, Azərbaycan Respublikası və Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasını müsbət qarşıladığını bildirib.

Avropa Birliyi yaydığı bəyanatda, tərəfləri əldə olunan razılaşmanı tam və dəqiq şəkildə həyata keçirməyə və xarici aktyorları qarşıdurmanın itkilərini artıra biləcək istənilən təxribatçı hərəkətdən çəkinməyə çağırır.

Avropa Birliyi, həmçinin tərəfləri ATƏT-in Minsk Qrupunun himayəsi altında dərhal və qeyd-şərtsiz danışıqlar prosesini bərpa etməyə çağırıb.