Minsk qrupu Qarabağda atəşkəsə riayət edilməsini istəyib
https://azeri.sahartv.ir/news/qafqaz-i368366-minsk_qrupu_qarabağda_atəşkəsə_riayət_edilməsini_istəyib
ATƏT-in Minsk qrupu Azərbaycan Respublikası və Ermənistan qüvvələri tərəfindən Qarabağda atəşkəsə riayət edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2020 05:00 Asia/Baku
  • Minsk qrupu Qarabağda atəşkəsə riayət edilməsini istəyib

ATƏT-in Minsk qrupu Azərbaycan Respublikası və Ermənistan qüvvələri tərəfindən Qarabağda atəşkəsə riayət edilməsini istəyib.

SəhərAzəri xəbər verir, Minsk qrupunun rus, fransız və amerikan həmsədrləri İqor Popov, Stefaan Viskonti və Andro Şafer birgə bəyanatda münaqişəli Qarabağ bölgəsində döyüşlərin davam etməsindən nigarançılıq ediblər. Onlar Azərbaycan Respublikası ilə Ermənistanı bu döyüşlərin bölgə üçün olacaq faciəli nəticələrinin qarşısını almaq məqsədilə atəşkəsin bərqərarı üzrə öz öhdəliklərini icra etməyə çağırıblar.

Minsk qrupunun həmsədrləri bu birgə bəyanatda həmçinin həmin münaqişədə mülkilər arasındakı tələfatı qəbuledilməz adlandırıblar. Onlar ölənlərin cəsədlərinin mübadiləsi üçün lazımi şəraitin təmin edilməsi vacibliyini vurğulayıblar.