Okt 15, 2020 13:55 Asia/Baku
  • Gürcüstanda son sutkada 919 nəfər koronavirusa yoluxub

Gürcüstanda koronavirus infeksiyasına 919 yeni yoluxma faktı qeydə alınıb.

SəhərAzəri xəbər verir, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib: “Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına sutkalıq yoluxma sayı 1000-i ötəcək”.

Baş nazir qeyd edib, infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə sabahdan Tbilisi və İmereti regionlarında əyləncə mərkəzlərinin saat 22:00-dək fəaliyyət göstərməsinə icazə veriləcək. Baş Nazir özəl və ictimai təşkilatları distant şəkildə işləməyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda son sutkada yoluxma sayı rekord səviyyədə artaraq 919 nəfərə çatıb. Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 14 440 nəfərə çatıb.

 

Teqlər