Ermənistan xarici işlər naziri Makronla həmrəylik elan edib
Ermənistanın xarici işlər naziri İslam Dünyasının böyük bir hissəsinin Fransa hökumətinin hərəkətinə hiddət ifadə etməsilə bir zamanda Emmanuel Makronla həmrəylik elan edib.
SəhərAzəri xəbər verir, Zohrab Mnatsakanyan bu hərəkətə elə bir halda əl atır ki, bir çox islami ölkə Fransa prezidentinin sözlərini pisləyərək, onu öz müqəddəslərinə qarşı hörmətsizlik hesab edir.
Fransa prezidenti Emmanuel Makron son zamanlar həyasızcasına bir ifadədə bildiribdir ki, bu ölkə əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz karikaturalar yaymağa davam edəcək. Bu sözlər dünya müsəlmanlarının hiddətinə və kəskin reaksiyasına səbəb olubdur.
Fransız «Charlie Hebdo» jurnalı 2015-ci ildən sonra ikinci dəfədir ki, İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz karikaturalar yayır.