Gürcüstanda müxalifət parlament seçkilərinin nəticələrini qəbul etmir
Gürcüstanda müxalifət partiyaları bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini rədd ediblər, hansı ki, ona əsasən, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası liderlik edir.
SəhərAzəri xəbər verir, hazırda sürgündə olan Gürcüstanın sabiq prezidenti Mixeel Saakaşvilinin liderlik etdiyi "Vahid Milli Birlik" partiyası da daxil müxalifət partiyaları seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra nəticələri qeyri-legitim saydıqlarını, total saxtakarlığa yol verildiyini bəyan edib və tərəfdarlarını bazar günü Tbilisinin mərkəzinə toplaşaraq etiraz aksiyası keçirməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanda deputatlar 4 illik müddətə seçilir. 150 deputatdan 130-u partiya siyahısı ilə proporsional qaydada, 30 deputat isə majoritar dairələrdən seçilir. Partiyalar üçün parlament seçkilərində baryer 1 faiz müəyyənləşdirilib, majoritar dairələrdə isə qələbə üçün hər hansı namizəd 50 faizdən çox səs toplamalıdır. Təkbaşına hökumət qurması üçün hər hansı partiya seçkilərdə səslərin 40 faizindən çoxunu toplamalıdır.