Gürcüstanın baş naziri koronavirusa yoluxub
Gürcüstan baş nazirinin üzərində aparılmış testlər onun COVID-19-a yoluxduğunu təsdiq edibdir.
SəhərAzəri xəbər verir, Gürcüstan Nazirlər Kabinetinin bildirdiyinə görə, bu ölkənin baş naziri Georgi Kaxariya koronavirusa yoluxub və o, ev karantinindədir.
Gürcüstanın baş naziri dörd gün bundan qabaq həyat yoldaşı ilə birgə bu ölkənin seçki məntəqələrindən birində Gürcüstan parlament seçkilərində iştirak etmişdi.
Baş nazirin cangüdənlərindən iki nəfərin koronavirus testi də pozitiv elan olunubdur.
Son iki ayda Gürcüstanda koronavirus epidemiyası nəzərəçarpacaq dərəcədə artıb və son üç gündə bu ölkədə koronavirusa yoluxmanın ən yüksək göstəricisi qeydə alınıbdır.
Rəsmi statistikalara görə, indiyədək Gürcüstanda 42 min 579 nəfər COVID-19-a yoluxubdur ki, onlardan 26 min 800 nəfər müalicə olunub, 342 nəfər isə həyatını itiribdir.