Parlament seçkilərinin nəticələrinə etiraz olaraq;
Gürcüstanda aksiyalər
Gürcüstan parlament seçkilərinin nəticələrinə etiraz edənlər, bu ölkənin paytaxtındə nümayişlər keçirdilər.
SəhərAzəri xəbər verir, Bazar günü minlərlə gürcü, 31 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz olaraq Gürcüstan paytaxtı Tiflisin küçələrinə çıxaraq, yeni seçkilər keçirməyə çağırıblar.
Mərkəzi Seçki Komissiyası Hakim partiyanı 48.32 faiz səslə qalib elan edərək, bildirib: Ən böyük müxalifət partiyası, Birləşmiş Milli Hərəkat partiyası yüzdə 27.18 səs qazanıb.
Birləşmiş Milli Hərəkat da daxil olmaqla səkkiz müxalif partiya, seçkilərin nəticələrindən sonra parlamenti boykot edəcəklərini bildiriblər. Müxalif partiyalar hakim partiyanı səsləri satın almaqda günahlandırıblər. Bu nümayişlər müxalif partiyaların seçki nəticələrini rədd etmə qərarını dəstəkləmək üçün təşkil edilib.