Gürcüstanın 7 böyük şəhərində hərəkət məhdudiyyəti
Bu gündən, 9 Noyabrdan etibarən, Gürcüstanın 7 böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət tətbiq olunacaq.
SəhərAzəri Gürcüstan xəbər agentliklərinə istinadən xəbər verir, Səhərazəri Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən tətbiq olunacaq. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan ediləcək. Bu barədə idarələrarası koordinasiya şurası 7 noyabr iclasında qərar verib. Məhdudiyyət piyadalarla yanaşı nəqliyyat və şəxsi avtomobillə hərəkət edənlərə də aid olacaq.
Koordinasiya şurasının qərarı ilə məhdudiyyət beynəlxalq yükdaşımalara, operativ qərargahla razılaşdırılaraq xidmət səlahiyyətini mütləq yerinə yetirməli olan şəxslərə, o cümlədən tibb və farmasevtik təyinatlı, strateji əhəmiyyətli obyektlərə və mediya nümayəndələrinə və çatdırma servisinə aid olmayacaq.
Şuranın qərarına müvafiq olaraq, bütün təşkilatlar saat 22:00-a qədər işləyəcəklər, tibb və farmasevtik təyinatlı və strateji əhəmiyyətli obyektlərin işinə qadağa qoyulmayıb.
Koordinasiya şurasının qərarında qeyd olunub: “Həmçinin, bu şəhərlərdə munisipal nəqliyyatda insanların sayının məhdudlaşdırlması barəsində xüsusi tədbirlər görüləcək. Gündüz nəqliyyatla hərəkət məhdudlaşdırlmayacaq”.
Baş nazir müavini, Maya Tskitişvilinin açıqlamasına görə, əlavə nöqtəli məhdudiyyətlər çərçivəsində, hərəkət etməyə tədbiq olunan məhdudidiyyətin pozulmasına görə fiziki şəxs 2 000, hüquqi şəxs 10 000 lari ilə cərimələnəcək.