Etirazçılar Ermənistan parlamentinin spikerini döyüb
https://azeri.sahartv.ir/news/qafqaz-i369398-etirazçılar_ermənistan_parlamentinin_spikerini_döyüb
Ermənistanda gecə boyu etirazlar dayanmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2020 02:19 Asia/Baku
  • Ermənistan parlamentinin qarşısında etirazlar
    Ermənistan parlamentinin qarşısında etirazlar

Ermənistanda gecə boyu etirazlar dayanmayıb.

SəhərAzəri Erməni xəbər agentliklərinə istinadən xəbər verir, Ermənistanda Qarabağda müharibənin dayandırılması haqqında qərara etiraz edənlər Ermənistan hökumətinin binasına giriblər. Daha sonra etirazçılar Baş nazir Nikol Paşinyanın kabinetinə giriblər.

Hökumət Evindəki dövlət simvolları binadan çıxarılıb. Parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb.

Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edir.

Onlar Baş nazir Nikol Paşinyandan istefa verməyi tələb edirlər.