Paşinyan Ermənistandan qaçmayıb
https://azeri.sahartv.ir/news/qafqaz-i369425-paşinyan_ermənistandan_qaçmayıb
Ermənistanın Baş naziri bu gün (çərşənbə axşamı) ölkəsində olduğunu bidirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2020 11:38 Asia/Baku
  • Paşinyan Ermənistandan qaçmayıb

Ermənistanın Baş naziri bu gün (çərşənbə axşamı) ölkəsində olduğunu bidirib.

SəhərAzəri xəbər verir, Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsindən paylaşan bir mesajında belə yazıb: Əlbətdə ki, mən Ermənistandayam və Baş nazirlik vəzifəmi yerinə yetirirəm.
Rusiya və Azərbaycan Respublikası prezidentləri və Ermənistan Baş Naziri tərəfindən imzalanan yeni atəşkəs razılaşmasından sonra, Ermənistanın paytaxtı İrəvanı yeni bir xaos dalğası bürüdü. 
Ermənistanın müxalifət partiyası yeni atəşkəs razılaşmasında İrəvanın iştirakını ləğv etmək bərədə parlamentin növbədənkənar iclası təşkil etmək üçün imza toplayır.
Ermənistandakı müqavilənin əleyhdarları, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasının xəyanət olduğunu söyləyiblər.