Noy 11, 2020 10:51 Asia/Baku
  • Rusiya sülhməramlı qüvvələrinin Qarabağda iştirakı şəraiti elan olub

Moskva Rusiya və Azərbaycan Respublikasının prezidentlər və Ermənistan baş nazirinin Rusiya sülhməramlı qüvvələrinin Qarabağda iştirakı şəraiti üzrə birgə bəyanatının mətnini yayıb.

SəhərAzəri xəbər verir, Çərşənbə axşamı günü axşamçağı Kremlin rəsmi vebsaytında yayılan bu birgə bəyanat bu məsələyə aydınlıq gətirir ki, Qarabağda sülhü mühafizə qüvvələri yalnız rus qüvvələr üçün nəzərdə tutulubdur.

Bəyanatda deyilir ki, rus sülhməramlı qüvvələr beş il müddəti üçün bölgədə yelərşəcəklər və lazım gələrsə, bu iştirak sonrakı beşillik dövrlər üçün avtomatik şəkildə uzadılacaqdır.

Üç ölkənin dövlət başçıları bu bəyanatda bildiriblər: Qarabağda ayırıcı xətt və Laçın dəhlizi xətti boyunca sayı 1960 nəfər olan rus sülhməramlı qüvvələri az sayda silah, doxsan ədəd zirehli avtomobil, həmçinin 380 ədəd avtomobil və xüsusi təchizatla yerləşəcəklər.

Teqlər