Ermənistan müxalifəti Paşinyana möhlət verib
Ermənistan hökumətinin müxalifləri Nikol Paşinyanın bu ölkənin baş naziri vəzifəsindən kənara çəkilməsi üçün möhlət təyin ediblər.
SəhərAzəri xəbər verir, Ermənistanın paytaxtı İrəvanın əhalisi Qarabağ sülh razılaşmasına etiraz edərək, Paşinyana çərşənbə günü saat 24-dək öz vəzifəsindən kənara çəkilmək barədə möhlət veribdir.
Etirazçılar Ermənistan parlamenti binasının önünə və İrəvandakı Azadlıq meydanına toplaşıblar. Onlar «Paşinyan xaindir!» şüarını veriblər.
Ermənistan hökumətinin müxalifləri ötən bazar ertəsi günü də hökumət və parlament binalarına daxil olaraq, bir neçə saat müddətinə əmlakı dağıtmaq və qarət etməklə məşğul olublar. Onlar Ermənistan parlamentinin sədrini də döyüblər.
Qarabağ döyüş bölgəsində bütün düşmənçiliklərin aradan qaldırılması və tam atəşkəsin həyata keçirilməsi üzrə Qarabağ sülh razılaşması Moskva vaxtı ilə noyabrın onu səhər tezdən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandı.