Noy 12, 2020 15:42 Asia/Baku
  • Ermənistanda bir qrup etirazçı həbs olunub

Ermənistan polisi bu ölkənin Azərbaycan Respublikası ilə Qarabağ bölgəsi üstündəki razılaşmasına etiraz edənlərdən bir qrupunu həbs edib.

SəhərAzəri xəbər verir, Ermənistan məhkəmə təşkilatı bu gün bir bəyanatda bu ölkə müxalifəti liderlərindən on nəfərin həbs olunmasına işarə ilə bildiribdir ki, bu şəxslər İrəvanda hökumət müxaliflərinin etiraz aksiyalarının təşkil edilməsi və keçirilməsində rol oynayıblar.

Ermənsitan hökumətinə qarşı çıxanlar bu ölkənin Qarabağ sülh razılaşmasından çıxmasını istəyiblər. Onlar bu sazişi Ermənistanın maraqları ilə təzadlı adlandırıblar.

Belə bir halda, Daşnaksutyun partiyasının sözçüsü Artsevik Minasyan bildiribdir ki, Ermənsitan hökumətinin müxalifləri bu gün yürüş keçirəcək və Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsindən kənara çəkilməsini istəyəcəklər.

Ermənistan təhlükəsizlik təşkilatının sabiq rəisi Artur Vantesyan və Ermənistan parlamentinin sabiq sədr müavini Eduard Şarmazanov bu gün qanunsuz aksiyalar keçirmək ittihamı ilə təhlükəsizlik məmurları tərəfindən həbs ediliblər.

Ermənistanın paytaxtı İrəvanın əhalisi Qarabağ sülh razılaşmasına etiraz edərək, Paşinyana çərşənbə günü saat 24-dək öz vəzifəsindən kənara çəkilmək barədə möhlət vermişdi.

Qarabağ döyüş bölgəsində bütün düşmənçiliklərin aradan qaldırılması və tam atəşkəsin həyata keçirilməsi üzrə Qarabağ sülh razılaşması Moskva vaxtı ilə noyabrın onu səhər tezdən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandı.

Teqlər