Tiflisdə müxalifətin aksiyası keçirilib
Gürcüstanda müxalif qüvvələr paytaxt Tiflisdə etiraz aksiyası təşkil edərək, bu ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb ediblər.
SəhərAzəri xəbər verir, Gürcüstan parlamentinin qarşısında keçirilən bu birneçəminlik etiraz aksiyasında həmin ölkənin müxtəlif şəhərlərindən gələn vətəndaş cəmiyyətlərinin nümayəndələri, bir neçə müxalif siyasi qurum və partiyanın üzv və fəalları iştirak ediblər.
Aksiya iştirakçıları otuz bir oktyabr parlament seçkilərində «hakim «Gürcü arzusu — Demokratik Gürcüstan» partiyasının xeyrinə saxtakarlıq» iddiası ilə/ mərkəzi seçki komissiyasının sədri Tamar Jvaniyanın kənarlaşdırılması, yeni parlament seçkilərinin keçirilməsi və ölkədəki bütün siyasi məhbusların azad edilməsini tələb ediblər.
Bu, parlament seçkilərindən sonra Gürcüstanda müxalif qüvvələrin keçirdikləri dördüncü geniş aksiya olub.
Ötən bazar günü Tiflisdə keçirilən və zorakılığa çəkən etiraz aksiyasında polis qüvvələri su şırnaqlarından istifadə edərək, aksiya iştirakçılarını dağıdıblar. İyirmi yeddi nəfər yaralanıb, on doqquz nəfər isə həbs olunub.
Gürcüstanda müxalif qüvvələrin aksiyası zəminində qeyd edək ki, ABŞ və Avropa Birliyi səfirlərinin vasitəçiliyi ilə Gürcüstanda müxalif qüvvələrlə hakim «Gürcü arzusu — Demokratik Gürcüstan» partiyası arasında iki mərhələdə dialoq tərtib edilsə də bu danışıqlar heç bir nəticə verməyibdir.
Gürcüstan mərkəzi seçki komissiyasının verdiyi məlumata görə, yüz əlli parlament üzvünün seçilməsi üzrə keçirilən otuz bir oktyabr parlament seçkilərində hakim «Gürcü arzusu — Demokratik Gürcüstan» partiyası ən çox səs toplayaraq, seçkilərin qalibi olubdur.
Gürcüstan konstitusiyasına əsasən, parlament seçkilərinin keçirilməsindən sonra parlament üzvləri, bu ölkənin yeni baş naziri və nazirlər kabinetini seçməlidirlər.