Paşinyan ordu hissələrini Qarabağdan Yerevana çağırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan özünə sadiq ordu bölmələrini Yerevanda gözlədiyini deyib.
SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Ermənistanın Baş naziri Nikol Paşinyan ordu hissələrini Qarabağdan Yerevana çağırıb. Bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb: "Bu gün ön cəbhədə əsgərlərin əks olunduğu onlarla videoya baxdım. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Gəlin, divar dibində ulayanlarla məsələni həll edək. Sizinlə fəxr edirəm"
Qeyd edək ki, Yerevan məhkəməsu ötən gün həbs edilmiş müxalifət liderlərini azadlığa buraxıb.
Bu bəyanatdan narahat olan erməni ekspertlər Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin əlamətlərinin olduğunu qeyd ediblər. Paşinyan özünə sadiq ordu hissələrini paytaxta yığmağa başlayır.