Noy 17, 2020 08:44 Asia/Baku
  • Ermənistan prezidenti:

Ermənistan prezidenti Armen Sarkisyan hazırkı vəziyyətdə növbədənkənar parlament seçkilərinin, eləcə də baş nazirin istefasının qaçılmaz olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Ermənistan prezidenti bu sözləri xalqa müraciətində səsləndirib.

Onun sözlərinə görə, Ermənistan həm müharibə meydanında, həm də diplomatik arenada məğlub olub. Prezident hökuməti və hakim qüvvələri öz potensiallarını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb. Bu proseslər nəticəsində yeni seçkilərin keçirilməsi mümkün olacaq, buna qədər isə ölkə hakimiyyəti yüksək ixtisaslı milli razılıq hökumətinə verilməlidir.

Ermənistan prezidenti bildirib: "Mövcud vəziyyəti və ondan ləyaqətlə çıxmağın, eləcə də ictimai tələbləri dinləməyin zəruriliyini nəzərə alsaq, o zaman aydın olur: ölkəni fəsadlardan xilas etmək üçün Milli Məclisə erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq".

Teqlər