Ermənistanda zorakılıqdan çəkinməyə çağırış
Ermənistanın baş naziri bu ölkədə Qarabağ sülh müzakirələrinə qarşı çıxanları zorakılıqdan çəkinməyə çağırıb.
SəhərAzəri xəbər verir, Nikol Paşinyan dünən gecə facebook-da yazıb: Zorakılıq və zorakılığa, xüsusən silahlı zorakılığa çağırış heç bir vəchlə hərəkət metodu ola bilməz və müxaliflər hər cür zorakı hərəkəti kənara qoymalıdırlar.
Dünən İrəvanda keçirilən aksiyada əsas müxalif partiyalardan olan respublikaçı partiyasının nümayəndəsi Eduard Şarmazanov vurğulayıb ki, Paşinyanın hakimiyyətdə hətta bir saat belə artıq qalması Ermənistanın xalqına və təhlükəsizliyinə qarşı birbaşa təhdiddir.
Bununla belə, Ermənistanın baş naziri deyibdir ki, hakimiyyətdən hər hansı kənara çəkilməni rədd edir.
Ermənistan xarici işlər nazirliyinin bəyanatına əsasən, bu ölkənin xarici işlər naziri Zohrab Mnatskanyan bazar günü öz vəzifəsindən istefa verdi.
Ötən həftənin çərşənbə axşamı günü Rusiyanın nəzarəti altında Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ savaşı ilə bağlı razılaşmanın üç ölkənin dövlət başçısı tərəfindən imzalanmasının ardınca paytaxt İrəvan da daxil olmaqla Ermənistanın bəzi şəhərlərində bu ölkənin baş nazirinə qarşı etirazlar formalaşdı.
Paşinyan bu razılaşmanı imzaladıqdan sonra Dağlıq Qarabağda erməni qüvvələri qırğın etməkdə, yalançılıqda və xəyanətdə ittiham edilibdir.
Paşinyan 2018-ci ildə dinc yolla hakimiyyətə gəlibdir.