Rusiya Qərbin Qarabağ razılaşmasının uğursuz qalmasına cəhd etdiyini bildirib
Rusiya xarici kəşfiyyat xidmətinin rəisi ABŞ ilə Avropa ölkələrini Qarabağ razılaşmasını uğursuz qoymaq və bu bölgədə savaşın bərpa olmasına cəhd etməkdə ittiham edib.
SəhərAzəri xəbər verir, Sergey Narışkin dünən deyib ki, bəzi Qərb ölkələri Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq üçün Qarabağda münaqişə alovunu yenidən şölələndirməyə çalışırlar.
Rusiya xarici kəşfiyyat xidmətinin rəisi sonra söyləyib: Bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə Ermənistan və Azərbaycan Respublikasındakı millətçiləri təhrik edirlər ki, sülh və atəşkəsin bərqərarı üzrə razılaşmalar etibardan düşmüş olsunlar.
Rusiyanın bu kəşfiyyat rəsmisinin sözlərinə görə, Qərb Ermənistan xalqını qane etməyə çalışır ki, Qarabağda sülh, İrəvanın məğlubiyyəti deməkdir və Azərbaycan Respublikası xalqına da təlqin edir ki, Kreml qələbəni onlardan oğurlayıbdır.