Gürcüstan beynəlxalq aviareyslərə tətbiq olunan qadağanın müddətini artırıb
Noy 19, 2020 22:25 Asia/Baku
Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.
SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, məhdudiyyətlər Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milana yerinə yetirilən birbaşa uçuşlara şamil olunmur.
Qərar Kutaisi ilə Riqa, Vilnüs, Dortmund və Katovitsa şəhərləri arasındakı müntəzəm reyslərə də şamil edilməyəcək.