Gürcüstan beynəlxalq aviareyslərə tətbiq olunan qadağanın müddətini artırıb
https://azeri.sahartv.ir/news/qafqaz-i369777-gürcüstan_beynəlxalq_aviareyslərə_tətbiq_olunan_qadağanın_müddətini_artırıb
Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2020 18:55 Asia/Baku
  • Gürcüstan beynəlxalq aviareyslərə tətbiq olunan qadağanın müddətini artırıb

Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlər Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milana yerinə yetirilən birbaşa uçuşlara şamil olunmur.

Qərar Kutaisi ilə Riqa, Vilnüs, Dortmund və Katovitsa şəhərləri arasındakı müntəzəm reyslərə də şamil edilməyəcək.