Putinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı olub
https://azeri.sahartv.ir/news/qafqaz-i369973-putinin_azərbaycan_və_ermənistan_liderləri_ilə_telefon_danışığı_olub
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 24, 2020 17:50 Asia/Baku
  • Putinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub.

SəhərAzəri xəbər verir, bu gün Kremlin mətbuat xidməti açıqlayıb ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub.

Qeyd olunub ki, telefon danışıqları zamanı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı əlavə addımlar müzakirə olunub.

Telefon danışıqları zamanı regionda qarşılıqlı iqtisadi əlaqələrə, həmçinin nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələlərinə toxunulub.
Bundan başqa, V. Putin Azərbaycan Prezidenti İlham Əliyev və N. Paşinyanla Qarabağla bağlı razılaşmanın icrası və Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabrda Bakı və İrəvana baş tutmuş səfərinin nəticələrini də müzakirə edib.